İran əsilli iş adamı Rza Zərrabın yeni görüntüləri yayılıb.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İrana qarşı sanksiyalara əməl etmədiyinə görə ABŞ-da saxlanılan, məhkəmədə şahid qismində dindirilən iş adamı Nyu-Yorkda bir qadınla görüntülənib.
R. Zərrabın Nyu-Yorkun məşhur "Nobu" restoranında suşi yediyi məlum olub. Kameraların onu çəkdiyini görƏn Zərrab restoranı tərk edib.
Qeyd edək ki, Rza Zərrab iki il əvvəl ABŞ-ın Mayami şəhərində həbs olunub. Milyarder İrana tətbiq olunan sanksiyaları pozaraq ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunub. Onun daha sonra Türkiyə əleyhinə ifadə verdiyi, ABŞ-ın Federal Təhqiqatlar Bürosu ilə əməkdaşlıq etdiyi bildirilir. Bəzi məlumatlarda iş adamının gizli şəkildə həbsxanadan çıxdığı vurğulanır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !