Rza Zərraba yeni şok

16:15 | 21.05.2014
Rza Zərraba yeni şok

Rza Zərraba yeni şok

Türkiyədə böyük səs-küyə səbəb olan 17 dekabr əməliyyatı zamanı saxlanılan iş adamı Rza Zərrab yenidən polisə çağrılıb. ANS PRESS-in məlumatına görə, ötən ilin son günlərində həyata keçirilən əməliyyat zamanı tutulan Zərrab bir necə ay həbsdə qalmışdı. O, fevralın 28-də azad edilib. Rüşvət əməliyyatı ilə bağlı aparılan araşdırmaya rəhbərliyi terror və təşkilatı cinayətləri araşdırma bürosunun prokuroru Ekrem Aydınər edir. Aydınər cinayət işi ilə bağlı bəzi məqamları aydınlatmaq üçün R.Zərrabı yenidən polis idarəsinə ifadə verməyə çağırıb. Müğənni Ebru Gündəşin əri səhər saatlarında Çağlayandakı İstanbul ədliyyə sarayına gətirilib. O, 45 dəqiqiəyə yaxın ifadə verib. Daha sonra isə vəkili və cangüdəninin müşayiəti ilə binanın yanğın pilləkənlərindən düşərək ərazini tərk etmək istəyib. Lakin o kameralardan yayına bilməyib. Zərrab jurnalistlərin suallarını cavabsız qoyub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti