• $ 1.7
  • € 1.9842
  • ₽ 0.021251
  • ₺ 0.0417
  • £ 2.2893

Saakaşvilidən Kiyev şəhəri ilə bağlı marağlı təklif

Saakaşvilidən Kiyev şəhəri ilə bağlı marağlı təklif
28.05.2020 21:17
Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin (Ukrayna) sabiq qubernatoru Mixail Saakaşvili Ukraynaya qayıdar-qayıtmaz yenidən yerli KİV-in gündəminə düşüb.
"112” telekanalının efirində M.Saakaşvili "Ukraynanı viran həddinə çatdırmış və korrupsiyaya qurşatmış” keçmiş hökuməti tənqid atəşinə tutaraq, bütün məmurları, deputatları Kiyevdən köçürməyi təklif edib.
"Ukrayna şəhərlərinə nəzər salanda müasir standartlara cavab verən hər hansı memarlıq nümunəsi görmürəm. Çünki bu sahədə korrupsiya var, bina tikdirən bütün iş adamları korrupsiyaçıdır”, – deyə M.Saakaşvili bildirib.
Keçmiş prezident, ümumiyyətlə, inzibati mərkəzin paytaxt hüdudlarından kənarda olmasını məqsədəuyğun bilir.
"Biz (Gürcüstanı nəzərdə tutur – red.) parlamenti Kutaisiyə köçürdük. İstərdim Ukraynada da inzibati mərkəz Kiyev hüdudlarından kənara, yeni binaya köçürülsün ki, hər şey yeni səhifədən başlasın”, – M.Saakaşvili vurğulayıb.
Xatırladaq ki, 2017-ci ildə M.Saakaşvili Petro Poroşenkonun qərarı ilə Ukrayna vətəndaşlığından məhrum edilimiş və Polşaya qovulmuşdu. Həmin vaxt Ukrayna hökuməti onun 2021-ci ilə kimi ölkə ərazisinə girişinə qadağa qoymuşdu. Lakin mayın 28-də yeni Ukrayna Prezidenti Vladimir Zelenski onun vətəndaşlığını bərba edib və növbəti gün siyasətçi Kiyevə geri dönüb. (Oxu.az)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Netanyahu İran xalqına müraciət edib
Dünya 00:02
Netanyahu İran xalqına müraciət edib
Putin ilə Kim Çen In arasında telefon danışığı olub
Dünya 23:45
Putin ilə Kim Çen In arasında telefon danışığı olub
Balıkesirdə yenidən zəlzələ olub
Dünya 23:41
Balıkesirdə yenidən zəlzələ olub
Rutte və Tusk Trampla Ukrayna üzrə danışıqlara qatılacaq
Dünya 22:33
Rutte və Tusk Trampla Ukrayna üzrə danışıqlara qatılacaq
Rusiya miqrant uşaqlarla bağlı qanunu dəyişir
Dünya 22:30
Rusiya miqrant uşaqlarla bağlı qanunu dəyişir
Lavrov və Rubio Putin-Tramp görüşünə hazırlığı müzakirə edib
Dünya 21:12
Lavrov və Rubio Putin-Tramp görüşünə hazırlığı müzakirə edib
Zelenski Alyaskadakı danışıqların nəticələrini tanımayacağını bəyan edib
Dünya 20:40
Zelenski Alyaskadakı danışıqların nəticələrini tanımayacağını bəyan edib
Fransada isti hava şəraiti ilə əlaqədar bəzi qatarların hərəkəti dayandırılıb
Dünya 19:40
Fransada isti hava şəraiti ilə əlaqədar bəzi qatarların hərəkəti dayandırılıb
Türkiyə və Ukrayna liderləri telefon söhbəti aparıb
Dünya 17:47
Türkiyə və Ukrayna liderləri telefon söhbəti aparıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol