Saakaşviliyə dəstək mitinqi keçirilib - VİDEO

10:33 | 28.10.2021
Gürcüstanın Sameqrelo bölgəsinin Zuqdidi şəhərində böyük mitinq keçirilib.

Mitinq ölkənin keçmiş Prezidenti Mixail Saakaşvili tərəfindən təsis edilən "Vahid Milli Hərəkat” tərəfindən təşkil edilib.

Mitinqdə Sameqrelo bölgəsinin müxtəlif hissələrindən gələn iştirakçılar toplaşıb. Onlar "Mişaya azadlıq!” şüarları səsləndiriblər. Bununla yanaşı, mitinq zamanı Saakaşvilinin Sameqrelo sakinlərinə ünvanladığı müraciət də oxunub. 

Bildirilir ki, "Vahid Milli Hərəkat” sözügedən mitinqlə Sameqrelo bölgəsində seçki qabağı kampaniyasını başa vurub.

Oktyabrın 30-u Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilərin ikinci turu keçiriləcək. Seçki zamanı Zuqdidi də daxil olmaqla 20 şəhər və rayona merlər seçiləcək. Seçkilərin birinci turu isə oktyabrın 2-si keçirilib. (sputnik)


 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM