Saatlıda bir ailənin 6 üzvü turşudan zəhərlənib: ölən var

14:27 | 27.12.2013
Saatlıda bir ailənin 6 üzvü turşudan zəhərlənib: ölən var

Saatlıda bir ailənin 6 üzvü turşudan zəhərlənib: ölən var

Saatlı rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Şirinbəy kəndində qeydə alınıb. Evdə konservləşdirilmiş pomidor turşusundan bir ailənin 6 üzvü zəhərlənib. Kənd sakini, 1932-ci il təvəllüdlü Məmmədov Ənvər Savalan oğlu xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Onun həyat yoldaşı 1937-ci il təvəllüdlü Məmmədova Sona Kərəm qızı, oğlu 1984-cü il təvəllüdlü Məmmədov Sahib Ənvər oğlu, 2006-cı il təvəllüdlü Məmmədov Aqşin Sahib oğlu, 2008-ci il təvəllüdlü Məmmədov Fəqan Sahib oğlu, ailənin digər üzvü  1934-cü il təvəllüdlü Səfərova Dilbər Kərəm qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıblar. Azyaşlılar Bakıdakı 2 saylı Uşaq Xəstəxanasına, digərləri isə Toksikoloji Mərkəzə yerləşdirilib. Dilbər Səfərovanın vəziyyətinin ağır olduğu bildirilir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM