Sabah 13 dərəcə isti olacaq

21:12 | 17.11.2014
Sabah 13 dərəcə isti olacaq

Sabah 13 dərəcə isti olacaq

 Bakı və Abşeron yarımadasında noyabrın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı ehtimal olunur. Mülayim şimal küləyi əsəcək.ANN.Az APA-ya istinadən verdiyi xəbərə görə, havanın temperaturunun gecə 7-10, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir. Bu haqda məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilib.Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında noyabrın 18-də hava şəraitinin gecə və səhər saatlarında bəzi yerlərdə dumanlı, çiskinli, əsasən şimal və şərq rayonlarında isə yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti,  gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2-3 gün ərzində Abşeron yarımadasında nisbətən rütubətli hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, atmosfer təzyiqinin və temperaturun norma daxilində tərəddüdü müsbət amildir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür