Sabah 8 dərəcə şaxta olacaq

13:56 | 24.11.2014
Sabah 8 dərəcə şaxta olacaq

Sabah 8 dərəcə şaxta olacaq

Abşeron yarımadasında soyuq, diskomfort hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yaradacaq

Noyabrın 25-də Bakı və Abşeron yarımadasında soyuq, arabir yağıntılı hava şəraiti davam edəcək.ANN.Az APA-ya istinadən xəbər verir ki, bu haqda məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli HidrometeorologiyaDepartamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müaviniGülşad Məmmədova verib. O bildirib ki, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 6-8 dərəcə isti olacaq.Sabah Azərbaycanın rayonlarında da hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6 dərəcə isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz mənfi 2 dərəcədən şaxtadan 3 dərəcəyədək isti olacaq. Tibbi meteoroloji proqnoza gəlincə, yaxın 2 gün ərazində Abşeron yarımadasında soyuq, diskomfort hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür