“Sabah” altı futbolçusu ilə yollarını ayırdı

20:00 | 21.12.2018
“Sabah” altı futbolçusu ilə yollarını ayırdı

“Sabah” altı futbolçusu ilə yollarını ayırdı

Azərbaycan Premyer Liqasının debütantı olan "Sabah” FK bir neçə futbolçu ilə yollarını ayırıb. 

Oxu.Az xəbər verir ki, ukraynalı Vitali Kvaşuk, Əlibəy Məmmədli, Elvin Bədəlov, Aydın Bayramov, Tural Qürbətov və Ülvi İbazadə ilə olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Əvəzində Bakı klubu dünən "Neftçi”dən ayrılmış Rəşad Eyyubovla 2,5 illik müqavilə bağlayıb.

Sabah Futbol Klubu adlı şəxsin şəkli.

Qeyd edək ki, "Sabah” qış fasiləsinə 17 xalla IV sırada yollanıb. Elşad Əhmədovun baş məşqçisi olduğu komanda ölkə kubokunun 1/4 finalında "Qəbələ” ilə dueldə mübarizəni dayandırıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti