"Sabah" Antalyada 4 yoxlama oyunu keçirəcək

23:00 | 18.12.2019

"Sabah" Antalyada 4 yoxlama oyunu keçirəcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən "Sabah” komandası 8-22 yanvarda Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olacaq.
Bu barədə "Report”a klubun Mətbuat xidmətindən məlumat verilib.

Paytaxt təmsilçisi Belekdəki "Titanic Hotel”də məskunlaşacaq. Jelko Sopiçin rəhbərlik etdiyi kollektiv hazırlıq dönəmində 4 yoxlama oyununda qüvvəsini sınayacaq. 

Matçların tarixləri və rəqiblər hələ dəqiqləşməyib.
Qeyd edək ki, Premyer Liqada çıxış edən digər 7 komanda da yanvarda Antalyada toplanışda olacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti