Sabah Bakının Nərimanov, Nəsimi, Səbail və Suraxanı rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.Bu barədə "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Nərimanov rayonunun Xəlil Rza Ulutürk küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi, Nəsimi rayonunun Azadlıq prospektində COP-29 proqramına əsasən yeni çəkilmiş qaz xətlərinin mənbəyə qoşulması, Səbail rayonunun Badamdar qəsəbəsi, C.Hasilov küçəsi 10 ünvanında və Suraxanı rayonunda istismara yararsız siyirtmələrin yenisi ilə əvəz olunması məqsədi ilə iyulun 2-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır .
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !