Sabah bu küçədə hərəkət təmirlə bağlı məhdudlaşacaq

16:12 | 05.07.2024
Sabah bu küçədə hərəkət təmirlə bağlı məhdudlaşacaq

Sabah bu küçədə hərəkət təmirlə bağlı məhdudlaşacaq

Sabah saat 08:00-dan etibarən Bakının Nərimanov rayonunun Əhmədbəy Ağaoğlu küçəsində təmir işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xəbər verir ki, bununla bağlı işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək (yol bağlanmır).

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM