Sabah bu yollar bağlanacaq - Siyahı

14:20 | 19.01.2015
Sabah bu yollar bağlanacaq - Siyahı

Sabah bu yollar bağlanacaq - Siyahı

20 Yanvarın ildönümündə Bakıda hərəkətin məhdudlaşdırılacağı küçələrin adları məlum olub.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, Parlament prospektindən Şəhidlər Xiyabanı istiqamətində olan bütün küçələrdə hərəkət dayanacaq.

Bununla yanaşı, Teleteatrdan başlayaraq Mehdi Hüseyn küçəsində, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Milli Məclisin inzibati binasının arxa hissəsində İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətində də yollar bağlanacaq.

Qeyd edək ki, səhər saat 7:00-dan tədbir tam yekunlaşana qədər adıçəkilən küçələrdə hərəkət məhdudlaşdırılacaq.
 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür