Sabah Kürdəmir və Lənkəranda qaz olmayacaq

19:03 | 27.06.2024
Sabah Kürdəmir və Lənkəranda qaz olmayacaq

Sabah Kürdəmir və Lənkəranda qaz olmayacaq

Sabah Kürdəmir və Lənkəran rayonlarında qaz təchizatında fasilə yaranacaq.Bu barədə "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, sabah saat 09:00-dan "Qaz İxrac” İdarəsinə məxsus "Qazıməmməd-Qazax” yüksək təzyiqli magistral qaz kəmərindən "Sığırlı” QPS-nə çəkilmiş qaz xəttinin qaznəqli sisteminə birləşdirilməsi və saat 10:00-dan "Xarxatan qol” yüksək təzyiqli qaz kəmərində yaranmış qaz sızmasının ləğvi ilə bağlı, "Xarxatan” və "Sığırlı” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-bərpa işləri aparılan müddətdə Kürdəmir rayonunun (rayonun 39 kəndi, 2 qəsəbəsi və 55 qeyri-yaşayış sahəsi) və Lənkəran rayonunun (Liman şəhəri və rayonunun 13 kəndi və 78 qeyri-yaşayış sahəsi) bir hissəsinin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb