Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 110/35/10 kV-luq "Lənkəran-2” yarımstansiyasından qidalanan 10 kV-luq 2 saylı hava xəttində təmir işlərinin aparılması ilə əlaqədar fevralın 1-də elektrik xətləri sifarişə əsasən açılacaq. Bu barədə "Azərişıq”dan bildirilib.
Bununla əlaqədar olaraq saat 13:30-dan saat 15:30-dək şəhərin Səttar Xan, Həzi Aslanov, Zərifə Əliyeva küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !