• $ 1.7
  • € 1.9738
  • ₽ 0.021849
  • ₺ 0.0393
  • £ 2.276

Sabah Qubad İbadoğlunun ölkədən çıxışı ilə bağlı şikayətinə baxılacaq

Sabah Qubad İbadoğlunun ölkədən çıxışı ilə bağlı şikayətinə baxılacaq
02.12.2024 15:39
Dekabrın 3-də iqtisadçı və siyasətçi Qubad İbadoğlunun Nərimanov Rayon Məhkəməsində ölkədən çıxışı ilə bağlı şikayətinə baxılacaq. Bu barədə onun qardaşı Qabil İbadoğlu Turan agentliyinə müsahibəsində deyib. 
 
"Qadağa Qubadı ağır ürək əməliyyatı kimi zəruri və keyfiyyətli tibbi yardımı almaq imkanından məhrum edir. İbadoğlu Avropa Parlamentinin sədri Roberta Metsola tərəfindən akademik Saxarov adına mükafatın təqdimetmə mərasimində iştirak etmək üçün Strasburqa dəvət olunub. İbadoğlu bu mükafatın finalçıları arasındadır. Səfər çərçivəsində İbadoğlunun tibbi müayinəsi üçün şərait yaradılması da nəzərdə tutulur. Metsolanın dəvəti məhkəməyə təqdim edilib", - o bildirib. 
 
Qubad İbadoğlu barəsində Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib. 
 
Bundan sonra Avqustun 25-də hazırda həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğluna qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb. 
 
Britaniyanın Azərbaycandakı Səfirliyi Azərbaycan hökumətini iyulun 23-də həbs olunan Azərbaycan Demokratik Partiyasının sədri Qubad İbadoğlunu dərmana və ədalətli hüquqi proses də daxil olmaqla insan hüquqlarına hörmət edilməsini təmin etməyə çağırıb. Bu çağırışa İngiltərə, Amerika, Almanya, Fransa da qoşulub. 
 
London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (LSE) də siyasətçinin həbs olunmasından narahatlığını ifadə edib. 
 
Hazırda Qubad İbadoğlu ev dustaqlığına buraxılıb və siyasətçi bundan sonra siyasətlə məşğul olmayacağını açıqlayıb. 
 
Gülnar 
 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mingəçevirdə qadın dəm qazından boğularaq ölüb
Cəmiyyət 19:38
Mingəçevirdə qadın dəm qazından boğularaq ölüb
Daha 4 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edildi
Cəmiyyət 18:45
Daha 4 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edildi
3 şəxs Rusiya və Qazaxıstandan Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 17:54
3 şəxs Rusiya və Qazaxıstandan Azərbaycana ekstradisiya edilib
Güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:40
Güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Futbola görə metro gecə 1-dək işləyəcək
Cəmiyyət 17:35
Futbola görə metro gecə 1-dək işləyəcək
"Qurtuluş"a qarşı cinayət işi açılıb - Rəsmi
Cəmiyyət 17:25
"Qurtuluş"a qarşı cinayət işi açılıb - Rəsmi
Azərbaycan Dünya Bankı ilə su və kənd təsərrüfatı sektorlarında əməkdaşlığı müzakirə edib
Cəmiyyət 17:11
Azərbaycan Dünya Bankı ilə su və kənd təsərrüfatı sektorlarında əməkdaşlığı müzakirə edib
Azərbaycanda gender bərabərliyi sahəsində İşçi Qrup yaradılacaq
Cəmiyyət 16:30
Azərbaycanda gender bərabərliyi sahəsində İşçi Qrup yaradılacaq
Qar yağacaq, çovğun olacaq- Xəbərdarlıq
Cəmiyyət 15:28
Qar yağacaq, çovğun olacaq- Xəbərdarlıq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol