Sabah Azərbaycanın Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Nazirlər Şurasının 27-ci iclası başlayır.
Tədbirdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İqtisadi Əməkdaşlıq Təşkilatının XİN başçıları iştirak edəcəklər.
İclasda 2023-cü ildə İƏT kontekstində əməkdaşlıq çərçivəsində görülən işlər və onun nəticələri qiymətləndiriləcək, İƏT-in gündəliyində duran cari məsələlər müzakirə olunacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !