Sabahdan bu küçələrdə hərəkət tam məhdudlaşdırılır

10:54 | 31.01.2025
Sabahdan bu küçələrdə hərəkət tam məhdudlaşdırılır

Sabahdan bu küçələrdə hərəkət tam məhdudlaşdırılır

Fevralın 1-də saat 06:00-dan etibarən Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında aparılacaq təmir-tikinti işləri ilə əlaqədar sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.


Məlumata görə, hərəkətin məhdudlaşdırılması təmir-tikinti işləri bitənədək qüvvədə olacaq.


"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - məlumatda deyilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM