Sabiq baş nazir dostunun arvadı ilə tutuldu

10:13 | 26.11.2013
Sabiq baş nazir dostunun arvadı ilə tutuldu

Sabiq baş nazir dostunun arvadı ilə tutuldu

İngiltərənin sabiq baş naziri Toni Bleyerin yaxın dostu, media maqnatı Rupert Merdokun həyat yoldaşı Vendi Denq ilə münasibəti olduğu iddia olunub. “Şok” qəzetinin xəbərinə görə, Bleyer dostuna bu zərbəni elə Merdokun Kaliforniyadakı mənzilində vurub. Məlumata görə, sabiq baş nazir Denqə qarşı platonik sevgi yaşayıb və onun həsrəti 2012-ci ilin oktyabr ayında sona çatıb. “Daily Mail”in xəbərinə görə, 2012-ci ilin oktyabr və 2013-cü ilin aprel aylarında Bleyer və Denq Merdokdan xəbərsiz onun Kaliforniyadakı evində qalıblar. Bu barədə Rupert Merdoka xəbəri evdəki xidmətçilər çatırıb. Denq və Merdokun 12 yaşlı qızlarının xaç atası olan Bleyer isə bu iddiaları “axmaqlıq” kimi dəyərləndirib. 82 yaşlı Merdokun 44 yaşlı Denqdən boşanmaq üçün məhkəmə iddiası qaldırdığı və ötən həftə prosesin başa çatdığı bildirilir.//Anspress
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM