İsrailin sabiq baş naziri Ehud Olmert 8 ay müddətinə azadlıqdan məhrum edilib. Bundan əvvəl də o, eyni ittihamla 6 il həbs cəzası çəkib.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, İsrailin keçmiş baş naziri rüşvətxorluq və korrupsiya ittihamları ilə mühakimə olunub və bu gün məhkəmə onun haqqında hökmü elan edib. O, İsrailə investisiya qoymaq istəyən amerikalı iş adamından rüşvət almaqsa təqsirli bilinib.
O, daha əvvəllər də başqa bir rüşvət iddiası ilə 6 il həbs cəzası almışdı. Baş nazir olmazdan əvvəl o, 10 il müddətinə Qüds Bələdiyyə sədri olub və həmin illərdə "Holyland" adlı əmlak layihəsinin həyata keçirilməsində rüşvət almaqda ittiham edilib.
2006-2009-cu illər arasında baş nazir postuna qədər yüksələn Ehud Olmert rüşvət və korrupsiya ittihamları səbəbilə istefa vermək məcburiyyətində qalmışdı.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !