Sabiq millət vəkili Gülər Əhmədova xalq artisti Amaliya Pənahovanın xərçəng xəstəliyindən əziyyət çəkməsi haqqında danışıb.
Gülər Əhmədova Unikal.org-a açıqlamasında bildirib ki, xalq artisti xəstəliyini hər kəsdən gizlədirdi:
O, əlavə edib ki, onun xərçəng xəstəliyindən müalicə almasını az sayda insanların bildiyini qeyd edib:
"Oğlumun toyu olan zaman Amaliya xanım xəstə idi. Mən ona dəvətnamə göndərəndən sonra telefonla əlaqə saxladım. Xərçəng xəstəliyinə görə, onun səsi tutulmuşdu. Mən onun səsini tanımadım. Hətta özüm təəccübləndim ki, bu görəsən Amaliya xanımın özüdür, yoxsa başqası. Səsi çox möhkəm tutulmuşdu. Hələ də bu danışığımızın səs yazısını saxlayıram. Mən onda bildim ki, o xərçəng xəstəliyindən əziyyət çəkir. Mənə dedi ki, xaricdə kimya qəbul edirəm, ona görə toyda iştirak edə bilməyəcəm. Bəs, xəstəliyin haqda mənə niyə deməmisən soruşanda "istəmirəm xəstəliyimi açıqlayıb, kimlərisə üzüm" dedi. O, xəstəliyini gizlədirdi. Ağrılarını, acılarını heç kimlə bölüşmürdü. Bu barədə heç kimə heç nə demirdi. Mənə dedi ki, xərçəng xəstəliyi tənəffüs orqanlarında aşkar edilmişdi.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !