Sabiq deputat Hüseyn Abdullayev həbsdə aclığa başlayıb

14:05 | 04.06.2024
Sabiq deputat Hüseyn Abdullayev həbsdə aclığa başlayıb

Sabiq deputat Hüseyn Abdullayev həbsdə aclığa başlayıb

Sabiq deputat Hüseyn Abdullayev həbsdə olduğu təcridxanada aclıq aksiyasına başlayıb. Bu barədə onun vəkili Cavad Cavadov öz facebook hesabında paylaşım edərək bildirib.  
 
"Bakı Hərbi Məhkəməsinin 1 oktyabr 2019-cu il tarixli hökmü ilə təyin olunmuş altı illik azadlıqdan məhrum etmə cəzasının bitməsinə iki ay qalmış barəsində yenidən ittiham elan olunaraq həbs qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Hüseyn Abdullayev bu gündən aclığa başlayıb", - məlumatda qeyd olunub. 
 
Martın 7-də Hüseyn Abdullayeva qarşı cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqaallaşdırılması maddəsi ilə yeni cinayət işi açılıb. 
 
Sabiq deputat 2018-ci il altı il müddətində azadlıqdan məhrum edilib. Onun həbs müddəti bu ilin aprelində bitirdi. Lakin yeni cinayət ittihamı ilə əlaqədar Binəqədi Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs tədbiri seçib. 
 
Hüseyn Abdulayev 2005-ci il Milli Məclisin deputatı seçilib. 2007-ci il Nazirlər Kabinetinin qərarına etiraz edərək hesabata qarşı çıxıb. Bundan sonra Milli Məclisin fövqəlada iclası çağırıılıb və onun mandatı əlindən alınıb. 
 
2012-ci Almaniyaya mühacir kimi gedib və bil sonra beynəlxalq axtarışa verilib. 
 
2018-ci il Abdullayev Türkiyədə həbs olunaraq Azərbaycana gətirilib.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM