Sabiq hakimə cinayət işi açılıb

13:20 | 08.02.2024
Sabiq hakimə cinayət işi açılıb

Sabiq hakimə cinayət işi açılıb

Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Əhmədov Elsun barəsində cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında qeyd olunub. 

Bildirilib ki, ibtidai istintaqla Əhmədov həmin vəzifədə işləyərkən şəxsin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) təqsirləndirilməsinə dair cinayət işi üzrə yüngül cəzanın təyin olunması müqabilində onun ailə üzvündən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Sabiq hakim icraatında olan işdə tərəflərin birindən rüşvət almaqda ittiham edilib. 
 
Bundan sonra fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən edildiyi üçün hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı Məhkəmə-Hüquq Şurasının 21 dekabr 2023-cü il tarixli qərarı ilə onun səlahiyyət müddəti uzadılmayıb.
 
Toplanmış ilkin sübutlara görə, Əhmədov şübhəli şəxs qismində tutulub.
 
Fevralın 8-da Əhmədova  Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.
 
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

O, 2021-ci il fevralın 3-ü Prezident İlham Əliyevin sərəncamı ilə Bərdə Rayon Məhkəməsinə hakim təyin edilib. 
 
Aygün 
 
 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM