"Sabunçu keçidi” adlanan ərazisində tunelə su dolması nəticəsində iki nəfər suda boğularaq ölüb. Bu barədə oxu.az məlumat yayıb.
***
Fövqəladə Hallar Nazirliyi (FHN) hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
****
Sabunçu rayonu, Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə ("Sabunçu keçidi" adlanan yer) Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində boğulması ehtimal edilən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
FHN-nin qüvvələri su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini davam etdirir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !