Sahibə Qafarova - Qarabağdakı erməni vətəndaşlar üçün bütün tədbirlər görülür

11:22 | 12.10.2023
Sahibə Qafarova - Qarabağdakı erməni vətəndaşlar üçün bütün tədbirlər görülür

Sahibə Qafarova - Qarabağdakı erməni vətəndaşlar üçün bütün tədbirlər görülür

Qarabağda qalan erməni vətəndaşları üçün Azərbaycan tərəfindən lazım olan bütün tədbirlər görülür. Bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib. 

"Azərbaycan Prezidenti tarix yazıb. Qarabağı tərk edən ermənilər oranı könüllü tərk edib. Bunu bütün dünya da görüb. Orada qalan ermənilər üçün isə Azərbaycan lazım olan bütün tədbirləri görür və bu istiqamətdə işini davam edəcək”, - Qafarova oktyabrın 12-də Milli Məclisin İlham Əliyevin Prezident seçilməsinin 20 illiyinə həsr olunan xüsusi iclasında çıxışı zamanı deyib. 
 
Budan əvvəl Daxili İşlər Nazirliyinin sözçüsü də bildirib ki, Qarabağda qalan ermənilərin təhlükəsizliyi üçün zəruri olan bütün tədbirlər görülür. 
 
Azərbaycan Qarabağda yaşayan erməniəsilli vətəndaşlar üçün reinteqrasiya ilə bağlı rəsmi sayt yaradıb. Vətəndaşlar orada qeydiyyatdan keçməklə vətəndaşlıqla bağlı müraciət edə bilər. 
 
Bir müddət öncə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti açıqlama verərək bildirib ki, Ermənistan tərəfi erməni vətəndaşların qeydiyyatdan keçməsi üçün Ermənistan ərazisindən saytı bloklayıb və vətəndaş üçün bu imkanı məhdudlaşdırıb. 
 
Oktyabrın 11-də Fransanın xarici işlər naziri mətbuata açıqlamasında söyləyib ki, Azərbaycan tərəfi Qarabağda yaşayan ermənilərin oradan köçməsini planlaşdırıb və təşkil edib. 
 
Azərbaycan Xarici İşlər Nazirliyi fransalı nazirə cavab olaraq vurğulayıb ki, Fransa bu cür təhdid və təziq dili ilə Azərbaycanın işlərinə müdaxilə edə bilməz.
 
Gülnar Nazimqızı 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM