Sahibkarlıq subyektlərinin yoxlanılmasına moratorium müddəti uzadılacaq

22:27 | 24.01.2023
Sahibkarlıq subyektlərinin yoxlanılmasına moratorium müddəti uzadılacaq

Sahibkarlıq subyektlərinin yoxlanılmasına moratorium müddəti uzadılacaq


Azərbaycan hökuməti sahibkarlıq subyektlərində aparılan yoxlamalara moratoriumun müddətini 2024-cü il yanvarın 1-dək uzatmağı planlaşdırır. Bu barədə Milli Məclisi məlumat verib. 

Biznes yoxlamalarına moratoriumun müddəti 2023-cü il yanvarın 1-də başa çatıb.

"Milli Məclisə təqdim edilən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik sahibkarlıq subyektlərində aparılan yoxlamalara moratoriumun müddətinin daha bir il – 2024-cü il yanvarın 1-dək uzadılmasını nəzərdə tutur. Bu düzəlişlər çərşənbə axşamı Milli Məclisin müvafiq komitəsinin iclasında təsdiq edilib”, - qanunverici orqandan bildirilib.

Azərbaycan parlamenti fevralda keçiriləcək plenar iclasda sahibkarlıq fəaliyyətinin yoxlanılmasına moratoriumun müddətinin uzadılmasını müzakirə edəcək.

Azərbaycanda sahibkarların fəaliyyətinin yoxlanılmasına moratorium  2015-ci il noyabrın 1-dən tətbiq edilib.
 
Qanuna əsasən, yalnız vergi yoxlamaları, habelə əhalinin həyat və sağlamlığına, ölkənin milli və iqtisadi təhlükəsizliyinə təhlükə törədən hallarda yoxlamalar, maliyyə bazarı subyektlərinin auditi,  özəl tibb müəssisələrinin tikintisinə və fəaliyyətinə dövlət nəzarəti çərçivəsində yoxlamalar aparıla bilər.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM