Şahzadə səhnədə mahnı oxudu - VİDEO

11:10 | 28.11.2013
Şahzadə səhnədə mahnı oxudu - VİDEO

Şahzadə səhnədə mahnı oxudu - VİDEO

Tədbir evsiz yeniyetmələrin qorunması üçün keçirilib

Şəhzadə Uilyam gözlənilmədən səhnəyə çıxıb mahnı ifa etməyə başlayıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ötən gün "Kensinqton" sarayında xeyriyyə konserti keçirilib. Proqram zamanı müğənni Teylor Svift və Con Bon Covi səhnədə mahnı oxuyarkən Uilyam səhnəyə qalxıb və onlarla birlikdə “Living on a prayer” mahnısını ifa etməyə başlayıb.

Məlum olub ki, xeyriyyə tədbiri evsiz yeniyetmələrin qorunması üçün keçirilib. Konsertin biletləri 500 funt dəyərində olub, toplanan bütün yardım isə “Centrepoint” fonduna hədiyyə olunacaq. 

Qeyd edək ki, konsert zamanı şəhzadə Uilyamın sarayında 600 nəfər qonaq iştirak edib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM