Sakkaşvili: Odessa tamamilə yenilənəcək

10:24 | 01.06.2015
Sakkaşvili: Odessa tamamilə yenilənəcək

Sakkaşvili: Odessa tamamilə yenilənəcək

Ukraynanın Odessa vilayət administrasiyasının yeni təyin olunmuş rəhbəri Mixail Saakaşvili bu vəzifəyə razılıq verməsinin səbəblərini açıqlayıb.

ANS PRESS-in məlumatına görə, o deyib ki, Odessa vilayətinin potensialı lazımınca istifadə olunmur.

M.Saakaşvili bildirib ki, şəhərə rəhbərlik edən məmurlar Odessanın bütün istiqamətlərdə inkişafını əngəlləyirlər. Mən Odessa vilayət rəhbərliyini tamamilə dəyişəcəyəm. Odessalılardan xahiş edirəm ki, şəhər rəhbərliyinə gəncləri cəlb etmək üçün mənə şans versinlər. Onlar açıq müsabiqələrlə bu vəzifələrə cəlb olunacaqıar.”

Xatırladaq ki, Ukrayna prezidenti Petro Poroşenko bu yaxınlarda Mixail Saakaşilini Odessa vilayətinin rəhbəri təyin edilməsi haqqında sərəncam imzalayıb.

M.Saakaşvili Gürcüstanın sabiq prezidentidir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM