Şamaxı Astrofizika Rəsədxanası yer kürəsinin 15 gün zülmətə qərq olacağı ilə bağlı NASA astronomlarının sensasiyalı bəyanatına münasibət bildirib.
Rəsədxananın elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov AzNews.az-a açıqlamasında qeyd edib ki, günəş 2016-cı il martın 9-da tutulacaq:
"Keçən il sentyabrın 13-də günəş tutuldu və qaranlıq da olmadı. Bu hadisə bir də gələn il martın 9-u və sentyabrın 1-də baş verəcək. Yazırlar ki, Venera gedib Yupiterin yanına çatacaq, atmosferi qızdıracaq.
Nəticədə Yupiter təzədən günəşə böyük enerji verəcək. Noyabrın 15-də Venera Yerdən 120 milyon km, Mars 300 milyon km, Yupiter 800 milyon km məsafədə olacaq. Bu qədər uzaq məsafədə olacaqsa, Venera necə Yupiterin səthini qızdıra bilər?”.
X.Mikayılov bunları cəfəngiyat hesab edir:
"Yalan söhbətlərdir. Yəqin yenə də mağazalarda şamlar satılmır. Bunlar mağazalarda satılmayan şamlarla əlaqədardır. İndi də buna əla atıblar”.
Qeyd edək ki, internetdə yayılan məlumatlarda deyilir ki, NASA rəhbəri Çarlz Bolden yer kürəsinin bu il noyabrın 15-dən 29-a kimi qaranlığa bürünəcəyini bəyan edib.
Bununla bağlı NASA ABŞ prezidenti Barak Obamanın adminstrasiyasına bu hadisənin səbəbləri və nəticələri göstərilən min səhifəlik sənəd təqdim edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !