Şamaxının 12 kəndində su ilə bağlı böhran yaranıb - Deputat

12:45 | 28.02.2024
Şamaxının 12 kəndində su ilə bağlı böhran yaranıb - Deputat

Şamaxının 12 kəndində su ilə bağlı böhran yaranıb - Deputat

Şamaxının 12 kəndində su ilə bağlı böhran yaranıb. Bunu deputat Tamam Cəfərova deyib.
 
"Hazırda Şamaxının 32 kəndində su problemi var. Onların 12-sində isə problem daha kritikdir. Yay gələndə böhran yaranır. Bu problemlərin aradan qaldırılması üçün alternativ mənbələr araşdırılmalıdır. Biz bununla bağlı aiddiyatı qurumlara müraciətlər ünvanladıq. Müsbət rəy verildi. Gələcək illərin büdcəsinə problemin həll olunması məsələsi daxil edildi. Bu məsələnin diqqətdə saxlanılmasını xahiş edirəm”, - deputat Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar mövzusunda” dinləmələr zamanı çıxışında bildirib. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM