• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Samir Şərifov büdcənin icrasından danışdı - RƏQƏMLƏR

Samir Şərifov büdcənin icrasından danışdı - RƏQƏMLƏR
02.06.2020 14:47
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.

Pravda.az xəbər verir ki, iclasda "2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə edilir.

İclasda Maliyyə naziri Samir Şərifov, nazir müavini Azər Bayramov, nazirliyin şöbə müdirləri və deputatlar iştirak edir.

Komitə sədri Tahir Mirkişili iclası açaraq bildirib ki, 2019-cu il Azərbaycanda ən sürətli, əhatəli islahatlar ili kimi yadda qaldı:

"2018-ci il seçkilərində yenidən xalq tərəfindən Prezident seçilmiş İlham Əliyev andiçmə mərasimindəki proqram xarakterli çıxışında böyük islahatlara start verəcəyini bildirmişdi. Əvvəlki illərdə də ölkəmizdə bir çox islahatlar həyata keçirilib.

Lakin indiyədək heç bir ildə 2019-cu ildə olduğu kimi eyni vaxtda bir neçə istiqamətdə, kompleks halda və genişmiqyaslı addımlar atılmamışdı.

Aparılan iqtisadi islahatlar sürətli və inkluziv iqtisadi inkişafla nəticələnmişdir. Belə ki, qeyri-neft sənyaesinin istehsalının 14%, kənd təsərrüfatı istehsalının 7.3%, əhalinin real gəlirlərinin 4.7%, orta aylıq əmək haqqlarının 14% artması islahatların nəticələrinin qısa müddət ərzində iqtisadi subyektlər və əhali tərəfindən hiss edilməsinə səbəb olmuşdur".

Şəffaflıq səviyyəsini artırılması və kölgə iqtisadiyyati ilə aparılan mübarizə öz effektiv təsirini göstərmiş, büdcə gəlirlərinin proqnozdan artıq icra olunmasına şərait yaratmışdır.

2019-cu ildə iqtisadiyyatı idarəetmə mexanizmində köklü struktur və kadr dəyişiklikləri aparlışmış və cevik və əhatəli idarəetmə üçün təşkilatı zəmin yaradılmışdır".

Komitə sərdi deyib ki, bütün bu müsbət nəticələr dövlət başçısı tərəfindən mühüm sosial islahatların həyata keçirilməsinə də imkan yaradıb:

"Belə ki, 2019-cu ildə ilk dəfə olaraq minimum əmək haqqı 2 dəfə artırılaraq yaşayış minimumunu keçmiş, minimum pensiya təminatı 200 manata çatdırılmış, müavinət və əmək haqqılar isə artırılmışdır. Bu mühüm sosial paket 4.2 milyon insanı əhatə etməklə 2.3 mlrd vəsait hesabına yerinə yetirilmişdir. Təqdirəlayiq haldır ki, bu həcmdə işlər büdcənin ehtiyatlı və imkanları hesabına yerinə yetirilmiş və inflyasiyanın proqnozlaşdırıldığından belə aşağı olmasına səbəb olmuşdur.

2019-cu ildə problemli kreditlərin həlli üçün həm əhaliyə, həm də banklara dövlər tərəfindən mühüm dəstək göstərilmiş və problemin həlli üçün müvafiq vəsait ayrılmışdır. Bütün bunlarla yanaşı bank sektorunda sağlamlaşma prossesi bu gün də davam edir. İnanırıq ki, görülın tədbirlər bank sektorunun fəaliyyəti iqtisadi islahatların hədəfləri ilə uzlaşacaqdır.

Bax belə bir iqtisadi şəraitdə 2019-cu ilin dövlət büdcəsi icra olunub. Əlverişli iqtisadi zəmin büdcənin uğurla iclasına şərait yaratsa da, büdcənin də icrası iqtisadi artıma dəstək vermişdir".

Sonda T.Mirkişili 2019-cu il büdcəsinin yeni büdcə qaydalarına uyğun hazırlanmış ilk büdcə olduğunu vurğulayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
2025-ci ilin dövlət büdcəsi qəbul edilib
İqtisadiyyat 11:28
2025-ci ilin dövlət büdcəsi qəbul edilib
Milli Məclis AÇG ilə bağlı yeni sazişə İkinci Qoşmanı təsdiq edib
İqtisadiyyat 12:00
Milli Məclis AÇG ilə bağlı yeni sazişə İkinci Qoşmanı təsdiq edib
Parlament Mərkəzi Bankın İdarə Heyətinin yeni üzvlərini təsdiqləyib
İqtisadiyyat 12:43
Parlament Mərkəzi Bankın İdarə Heyətinin yeni üzvlərini təsdiqləyib
AÇG dəniz blokundan dərin qaz hasilatına gələn il başlanılacaq - Prezdient
İqtisadiyyat 13:48
AÇG dəniz blokundan dərin qaz hasilatına gələn il başlanılacaq - Prezdient
Yüklərin daşınması üçün 3 ölkə birgə razılığa gəliblər
İqtisadiyyat 17:39
Yüklərin daşınması üçün 3 ölkə birgə razılığa gəliblər
Ermənistanla komnukasiya qurmağa hazırıq - Əli Əsədov
İqtisadiyyat 16:37
Ermənistanla komnukasiya qurmağa hazırıq - Əli Əsədov
Prezident açılışda iştirak edib
İqtisadiyyat 13:24
Prezident açılışda iştirak edib
Prezident Fərman imzaladı
İqtisadiyyat 17:02
Prezident Fərman imzaladı
Məhsul həcminə görə Azərbaycan MDB-də ilk üçlükdədir - Deputat
İqtisadiyyat 14:14
Məhsul həcminə görə Azərbaycan MDB-də ilk üçlükdədir - Deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol