Samvel Şahramanyan İrəvanda dindirilməyə çağrılıb

17:12 | 21.06.2024
Samvel Şahramanyan İrəvanda dindirilməyə çağrılıb

Samvel Şahramanyan İrəvanda dindirilməyə çağrılıb

Qarabağda qondarma rejimin sonuncu "prezidenti" Samvel Şahramanyan İrəvanda dindirilməyə dəvət olunub. Bu barədə Ermənistan mətbuatı xəbər yayıb. 
 
Dindrilmənin səbəbi ilə bağlı mətbuat hər hansı açıqlama qeyd etməyib. 
 
Bu gün Ermənistanın Daxili İşlər Nazirliyinin xüsusi bölməsinin polisləri Samvel Şahramanyanın ofisində qapını sındıraraq axtarış keçiriblər. Hətta Şahramnyanın xidməti avtomobili müsadirə edilib.  
 
Sentyabrın 28-də Qarabağın qondarma "rəhbəri" Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dək separatçı rejimin ləğv olunmasını elan edib. O bu müraciətdən sonra Ermənistana köçüb. 
 
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM