• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Sentyabrın 28-i Quduzluğa qarşı Mübarizə Günüdür

Sentyabrın 28-i Quduzluğa qarşı Mübarizə Günüdür
28.09.2024 11:23
Quduzluq insanlarda, eləcə də heyvanlarda rast gəlinən xəstəlik növlərindən biridir. Virus xəstə heyvanların tüpürcəyi ilə ifraz olunduğundan bu problem daha çox quduz heyvanların dişləməsi nəticəsində yayılır. Quduzluq mərkəzi sinir sistemini zədələyir və beyində iltihaba səbəb olur.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) hər ilin sentyabrın 28-ni dünyada Quduzluğa qarşı Mübarizə Günü elan edib və 2030-cu ilə qədər sahibsiz itlər vasitəsilə xəstəliyə yoluxmanın qarşısının alınmasını məqsəd kimi qarşıya qoyub.

İnsanlarda quduzluq xəstəliyi hidrofobiya - sudan qorxmaq, fotofobiya - işığa həssaslıq, psixonevroloji pozulmalar, udqunma aktının pozulması, yüksək hərarət və digər kliniki əlamətlərlə özünü büruzə verir. Quduzluq olduqca təhlükəli bir xəstəlikdir və müalicə olunmazsa, vaxtında vaksin vurulmazsa, ölümlə nəticələnir.

Əksər hallarda ancaq itin hücumuna məruz qalanlar həkimə müraciət edir. Lakin bu, təkcə itlərdən keçən virus deyil. Xəstəliyə canavar, tülkü, hətta pişikdən də yoluxmaq mümkündür. Pişik cırmaqlaması nəticəsində də həkimə müraciət olunması tövsiyə edilir. Quduzluğun ilkin əlamətləri qripə bənzəyir. Bir neçə gündən sonra ağızın köpüklənməsi, yuxusuzluq, aqressiv davranışlar kimi əlamətlərlə müşahidə edilir.

Heyvan dişləməsi, cırmaqlaması və ya zədələnmiş dərinin yalanmasına məruz qaldıqda ilk olaraq yaranı və ya tamlığı pozulmuş dərini sabun, çoxlu təmiz su ilə yumaq lazımdır. Təcili olaraq həkimə (yaxşı olar infeksionistə) müraciət edilməlidir.

Xəstəlikdən qorunmaq üçün ev heyvanlarını quduzluğa qarşı peyvəndləməli, sahibsiz it və pişiklərlə birbaşa təmas qurulmamalıdır.
Sahibsiz heyvanların sayının artması və onlara zəruri qayğının göstərilməməsi, xüsusilə küçə it və pişiklərinin vaxtında sterilizasiya edilməməsi, habelə peyvəndlənməməsi bir çox ekoloji, sanitar və səhiyyə problemlərinin yaranması ilə nəticələnir. Elə bu səbəbdən də heyvanlar sterilizasiya, peyvəndləmə, baytar qayğısı, sahibləndirmə, sığınacaq və digər humanist rəftarla da əhatə olunmalıdır. Ona görə də heyvanın hücumuna məruz qalan şəxs mütləq vaxtında həkimə müraciət etməli və quduzluğa görə peyvənd olunmalıdır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yekaterinburqda öldürülən Səfərov qardaşlarının nəşi məhkəmə-tibbi ekspertizadan keçirilir - Yenilənib
Cəmiyyət 22:25
Yekaterinburqda öldürülən Səfərov qardaşlarının nəşi məhkəmə-tibbi ekspertizadan keçirilir - Yenilənib
İşğal olunmuş ərazilərdə ermənilərin törətdiyi cinayətlərin Ermənistan hərbi prokurorluğu tərəfindən araşdırıldığı açıqlanıb - MƏHKƏMƏ
Cəmiyyət 22:00
İşğal olunmuş ərazilərdə ermənilərin törətdiyi cinayətlərin Ermənistan hərbi prokurorluğu tərəfindən araşdırıldığı açıqlanıb - MƏHKƏMƏ
Bayram günlərində bölgələrə səfər edən sərnişinlərin sayı açıqlanıb
Cəmiyyət 19:05
Bayram günlərində bölgələrə səfər edən sərnişinlərin sayı açıqlanıb
Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
Cəmiyyət 18:30
Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
“Sputnik-Azərbaycan”da əməliyyat keçirilib- RƏSMİ/Yenilənib
Cəmiyyət 18:00
“Sputnik-Azərbaycan”da əməliyyat keçirilib- RƏSMİ/Yenilənib
AQTA Rusiyadan gətirilən 639 ton soğanı məhv edib - Səbəb
Cəmiyyət 17:27
AQTA Rusiyadan gətirilən 639 ton soğanı məhv edib - Səbəb
Qeyri-iş günlərində qatarla daşınan sərnişinlərin sayı açıqlanıb
Cəmiyyət 17:12
Qeyri-iş günlərində qatarla daşınan sərnişinlərin sayı açıqlanıb
İyulda havanın temperaturu necə olacaq? - Proqnoz
Cəmiyyət 16:28
İyulda havanın temperaturu necə olacaq? - Proqnoz
Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb
Cəmiyyət 15:31
Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol