Sandro Rosellin "Barselona"da prezidentlikdən istefa verməsi Neymarın transferində yaranan bütün problemləri həll edib.Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, klubun müxalifyönlü üzvlərindən Xordi Koses braziliyalı hücumçunun transferi ilə bağlı məhkəməyə verdiyi iddia ərizəsini geri götürüb. Bu barədə onun vəkili "Marca" radiosuna açıqlamasında deyib: "Hədəfimiz yerinə yetirildi, Sandro Rosell istefa verdi. Bu səbəbdən iddia ərizəsini geri götürdük"Qeyd edək ki, S.Rosellin Neymarın transferindən 40 milyon avro mənimsədiyi iddia edilirdi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !