“Sankt-Peterburq-Bakı” reysində dava

10:33 | 17.04.2015
“Sankt-Peterburq-Bakı” reysində dava

“Sankt-Peterburq-Bakı” reysində dava

Sankt-Peterburqun Pulkovo hava limanında dava salan 3 kişi yerli polis əməkdaşları tərəfindən saxlanılıb. 

ANN.Az report-a istinadən xəbər verir ki, "Sankt-Peterburq-Bakı” reysinə qeydiyyat zamanı həddindən artıq sərxoş olan üç kişi özlərini qeyri-etik apararaq narazılıqlarını bildiriblər və nalayiq ifadələr işlətməyə başlayıblar.

Onlar daha sonra hadisə yerinə gələn polis əməkdaşlarını təhqir ediblər. Qanun pozucuları polis şöbəsinə aparılıb. Hər üç şəxsə qarşı inzibati icraata başlanılıb.

Sonradan məlum olub ki, Rusiyanın şimal paytaxtının 41 və 44 yaşlarında olan iki sakini xarici ölkə vətəndaşı olan 37 yaşlı tanışlarını ötürmək üçün hava limanına gəliblər. Hər şey aeroport əməkdaşının əcnəbiyə təyyarə biletini dəyişməyi tövsiyə etməsindən sonra başlanıb. Hava limanı əməkdaşı bu tövsiyəsini kişinin həddindən artıq sərxoş olması və bunun uçuş üçün təhlükə yarada biləcəyi ilə izah edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb