Sarkisyan Bəşər Əsədə məktub göndərdi

18:32 | 13.06.2014
Sarkisyan Bəşər Əsədə məktub göndərdi

Sarkisyan Bəşər Əsədə məktub göndərdi

Ermənistan prezidenti: "Ümid edirəm ki, Suriya münaqişəsi tez bir vaxtda başa çatacaq"Ermənistan prezidenti Serj Sarkisyan Suriya dövlət başçısı Bəşər Əsədə təbrik məktubu göndərib. ANS PRESS-in məlumatına görə, Sarkisyan Suriyada keçirilən prezident seçkilərində qalib gəlmə münasibətilə Bəşər Əsədi təbrik edib.Sarkisyan Suriya münaqişəsinin tez bir zamanda başa çatacağına və ölkədə sülh və sabitliyin bərqərar olacağına ümid etdiyini deyib.Sarkisyan həmçinin bildirib ki, Ermənistan və Suriya arasında ikitərəfli əlaqalər daha da möhkəmlənəcək.Xatırladaq ki, iyunun 3-də Suriyada prezident seçkiləri keçirilmişdi. Seçkilərdə Bəşər Əsəd 88,7% səslə qalib gəlmişdi.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM