Sarkisyan öldürüldü, İrəvan QARIŞDI: “Azərbaycan Qarabağa gəlir...”

11:34 | 30.09.2017
Sarkisyan öldürüldü, İrəvan QARIŞDI: “Azərbaycan Qarabağa gəlir...”

Sarkisyan öldürüldü, İrəvan QARIŞDI: “Azərbaycan Qarabağa gəlir...”

Dünən təmas xəttinin cənub-şərq istiqamətində atəşkəsi pozan erməni hərbi birləşmələrinin hərbi qulluqçusu Seyran Sarkisyan məhv edilib.

Publika.az xəbər verir ki, Sarkisyanın ölməsi erməni cəmiyyətində müharibə qorxularını artırıb.

Xüsusilə xarici işlər nazirlərinin Nyu-York görüşündə "atəşkəsə nəzarət mexanizmi” məsələsinin gündəmə gəlməməsi, Türkiyə müdafiə naziri Nurəddin Caniklinin Azərbaycanda keçirilən "TurAz Qartalı 2017” təlimlərini izləməsi və "Qarabağ gec-tez erməni işğalından azad ediləcək” deməsi, həmçinin, Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri İrəvanın siyasi cameəsini narahat edir.

Erməni siyasi şərhçi Aykazn Qaqriyan Ermənistan üçün son zamanlar arzuolunmaz vəziyyət yarandığını deyir.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli ittifaqı güclənir.

"İstisna deyil ki, Azərbaycan yaranmış vəziyyətdən ərazilərinin azad olunması üçün istifadə edəcək. Nyu-York görüşündə Vyana çağırışının (nəzarət mexanizmlərindən bəhs edilir-red) danışıqlardan kənarda qalması hesab etməyə imkan verir ki, ABŞ və Fransa prosesdən çəkilib, əsas oyunçu Rusiyadır. Putinin Ankarada Ərdoğanla görüşməsi də bu kontekstdə diqqət çəkir. Rusiya Türkiyə və Azərbaycanın dəstəyini aldığı üçün Ermənistan onu maraqlandırmır. Bütün bu hadisələrin fonunda cəbhədə baş verənlər Ermənistan üçün ümidsizlik vəd edir. Əksinə, bizim rəqibimiz (Azərbaycan nəzərdə tutulur-red) addım-addım Qarabağa gəlir ”, - deyə o bildirib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM