Ermənistan prezidenti Serj Sarkisyan Ermənistanda səfərdə olan fransız həmkarı Fransua Olandı “Şərəf” ordeni ilə təltif edib.
Musavat.com-un erməni mətbuatına istinadən verdiyi məlumata görə, Sarkisyanın imzaladığı fərmanda Olland bu mükafata “erməni-fransız dostluq əlaqələrinin möhkəmləndirilməsi və inkişafındakı xidmətlərinə, Ermənistanla Fransa arasında əməkdaşlığın genişlənməsi və dərinləşməsində böyük töhfəsinə görə” layiq görülüb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !