Sarkisyan: " Ya danışıqlar aparır, ya da atəş açırıq"

20:23 | 24.10.2017
Sarkisyan:

Sarkisyan: " Ya danışıqlar aparır, ya da atəş açırıq"

Ermənistan bu mərhələdə Qarabağ probleminin hərbi yolla həlli niyyətində deyil.

Bunu prezident Serj Sarkisyan Müdafiə Nazirliyi Milli Tədqiqat Universitetində yeni tədris proqramının başlanmasına həsr edilmiş iclasında bildirib.

S.Sarkisyan deyib ki, problemin sülh nizamlanması, digər məsələlərlə yanaşı,  Ermənistanın işğal etdiyi Dağlıq Qarabağın əhalisi üçün istənilən hərbi təhlükəni istisna etməlidir.

"Bu münaqişənin, həqiqətən, hərbi həlli yoxdur. Buna görə bir əllə atəş açmaq və başqası ılə onu həll etmək üçün danışıqlar aparmaq mümkün deyil. Biz ya danışıqlar aparır, ya da atəş açırıq. Biz hər iki varianta hazırıq", - deyə S.Sarqsyan vurğulayıb.

Onun sözlərinə görə, danışıqlar qarşılıqlı etimad mühitində və silahların ikitərəfli tətbiq edilməməsi şəraitində aparılmalıdır./haqqin.az

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM