Ermənistan prezidenti Serj Sarkisyan mədəndə baş verən faciə ilə bağlı türkiyəli həmkarı Abdulla Gülə başsağlığı verib.
“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, Sarkisyan həlak olanların ailələrinə səbr diləyib və yaralılara tezliklər sağalmalarını arzu edib. Qeyd edək ki, bu səhər verilən son xəbərdə faciədə ölənlərin sayının 282-yə yüksəldiyi açıqlanıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !