“Sarkisyanın son çıxışı erməni xalqı üçün bir oyundur” - AÇIQLAMA

14:12 | 30.09.2015
“Sarkisyanın son çıxışı erməni xalqı üçün bir oyundur” - AÇIQLAMA

“Sarkisyanın son çıxışı erməni xalqı üçün bir oyundur” - AÇIQLAMA

"Sarkisyanın BMT-dəki çıxışı Ermənistan xalqı və hakimiyyəti üçün bir oyundur”  – Bu sözləri ANN.Az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

Onun sözlərinə görə, onsuz da Sarkisyanın BMT-dəki çıxışı hamı üçün əhəmiyyətsizdir: "Qərbdən-şərqdən həmişə sədəqə diləyən, kasıb bir dövlətin prezidentinin çıxışına diplomatlar nəzakətlə qulaq asdılar, çünki diplomatik əlamət olaraq heç nə deməməlidirlər. Bundan sonra erməni mətbuatı yazmağa başladı ki, guya Sarkisyan Azərbaycanı hədələyib. O kimdir ki,  Azərbaycanı hədələsin? Rusiyada asılı olan,  insan haqqlarının tapdandığı, vətəndaşlarının əksəriyyətinin qaçdığı bir ölkənin rəhbərinin bu cür boş pafoslu danışığı kimə gərəkdir? Ermənistan Azərbaycanın ərazisini işğal edib, bununla bağlı  BMT-nin 4 qəbul edilmiş qətnaməsinə məhəl qoymur, onun belə boş danışığı kimə lazımdır?!” 

Politoloq əlavə etdi ki, Sarkisyan bucür çıxışlar etməklə erməni xalqını arxayınlaşdırmaq istəyir: "Belə bir mənzərə yaratmaq istəyir ki, guya Ermənistanın hansısa bir gücü var. Onlar özlərinə yox, Rusiyaya arxalanıb bu cür çıxışlar edirlər. Yəni dünya Ermənistanın necə zəif ölkə olduğunu çox yaxşı bilir. Aydındır ki, Ermənistan güc-qüvvə məsələsində Azərbaycan haqqında söz demək iqtidarında deyil”.  

Politoloq sonda vurğulayıb ki, Sarkisyan Ermənistanda vəziyyətin necə pis olduğunu yaxşı bilir: "Xalqı ələ almaq üçün növbəti oyunu beynəlxalq səviyyədə göstərir. Daha dəqiq desək, Sarkisyanın bu çıxışı Ermənistan xalqı və hakimiyyəti üçün bir oyundur. Ermənistanın beynəlxalq aləmdəki mövqeyi də bütün dünyaya məlum oldu. Çünki Avropaya yönəlmiş Ermənistan birdən-birə dönüş edərək 2013-cü il  3 sentyabrda Avrasiya İttifaqına daxil olduğunu elan etdi. Yəni dünyaya aydın oldu ki, Ermənistan digər dövlət tərəfindən idarə olunur”.

Qeyd edək ki, ötən gün erməni mətbuatı prezident Serj Sarkisyanın BMT-nin Baş Assambleyasının 70-ci sessiyasında çıxış etməsi haqqında informasiya yayıb. Xəbərlərdə qeyd olunur ki, Sarkisyan erməni tərəfinin Azərbaycanın aqressiv siyasəti davam etdirəcəyi təqdirdə Ermənistanın və "Dağlıq Qarabağ Respublikası”nın təhlükəsizliyi üçün bütün lazımi hüquqi və hərbi-siyasi addımları atacağını bildirib.

Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM