Fransanın sabiq prezidenti Nikola Sarkozinin rəhbərlik etdiyi ana müxalifət partiyası Xalq Hərəkatı Birliyinin (UMP) adı dəyişir.
Axar.az xəbər verir ki, partiyanın adının "Respublikaçılar” olaraq dəyişdirilməsi təklifi UMP Siyasi Bürosunda baş tutan səsvermədə qəbul olunub.
Səs verməyə 51 Siyasi Büro üzvü qatılıb. Onlardan 50-i partiyanın adının dəyişdirilməsinin lehinə səs verib. Partiya adının dəyişdirilməsi ilə bağlı son qərar isə 30 may tarixində reallaşacaq UMP konqresi və 28-29 may tarixlərində partiya üzvlərinin qatılacağı səsvermədə bəlli olacaq.
Lakin sorğular onu göstərir ki, UMP üzvlərinin əksəriyyəti partiyanın adının dəyişdirilməsinin tərəfdarı deyil. Bu səbəbdən Sarkozinin partiya üzvlərini razı salmaq üçün məktub yazdığı və bu həftə ərzində üzvlərə göndəriləcəyi bildirilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !