Bu bazarda satıcıların əksəriyyəti rus, alıcıların əksəriyyəti isə azərbaycanlılardır. Daha çox "Bit bazarı” kimi tanınan, amma qədim adı "Rus bazarı” olan bu alış-veriş məkanının bünövrəsini ölkədə yaşayan və təqaüdə çıxan ruslar qoyub. Övladları olmayan, yaxud onları qoyub xaricə köç edən qoca "babuşka” və "deduşka”lar yaşayışlarını təmin etmək üçün köhnə ev əşyalarını satışa çıxararaq əldə etdikləri gəlir hesabına dolanmağa çalışıblar.
Köhnə, çox vaxt lazımsız əşyalar satıldığına görə, camaat arasında bazara "Bit” adını veriblər. Son zamanlar bu bazarda rusların sayı azalsa da, hər həftənin şənbə-bazar günlərində imkansız adamların bu bazara mal çıxarmaq adəti hələ də qorunub saxlanılır.
Bazar Sabunçu rayonu ərazisində, vağzalın yaxınlığında yerləşir. İşlək olmasına baxmayaraq, bazarda ilk adamı cəlb edən natəmizlikdir. Satıcıların hər biri aylıq 3 manat pul toplayıb bazar sahibinə versələr də, antisanitariya vəziyyətinə əncam çəkən olmur.
Burada hər şey- kənd təsərrüfat malları, ikinci əl geyimlər, yataq dəstləri, bütün məişət avadanlıqları, antik əşyalar, kitablar və s. satılır. Əlində kostyum tutub "second hand" qışqıranlar da var.
ANN.Az-ın fotomüxbiri ötən bazar gününü "Rus bazarı”nda keçirib, heç nə almasa da, əli "dolu” gəlib. Onun hazırladığı fotosessiyanı oxuculara təqdim edirik.
Fotoların müəllifi Fərqanə Novruzovadır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !