“Səbail” daha bir legionerini göndərdi

13:05 | 31.08.2019
Səbail” daha bir legioneri ilə müqaviləsini pozub. "Qafqazinfo” xəbər verir ki, Premyer Liqamızın son bürünc medalçısı Daniel Bojinovski muqaviləsinin vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edib.

Futbolçuya azad agent statusu verilib. "Səbail” Danielə gələcək karyerasında uğurlar arzu edir.
 
30 yaşlı Bojinovski bu yay keçdiyi Bakı klubunun heyətində Avropa Liqası matçlarında çıxış edib. İlk turda ehtiyatda qalan Danielə Premyer Liqamızda debüt etmək nəsib olmadı.
 
Xatırladaq ki, "Səbail” Avropa Liqasında çıxışını başa vurduqdan sonra "Zirə”dən gələn fransalı yarımmüdafiəçiləri - Dilan Duventru və Bilal Həmdiylə müqavilələrini qarşılıqlı razılıqla pozmuşdu. 

www.anews.az
loading...