Edam edilmiş İraq diktatoru Səddam Hüseynin nümayəndəsi olduğu nəslin lideri bəyan edib ki, liderin nəşi dəfn edildiyi Əl-Əudca kənd qəbiristanlığından səkkiz ay öncə çıxarılaraq naməlum yerdə dəfn edilib.ANN.Az haqqin.az-a istinadən xəbər verir ki, bu barədə Britaniya nəşri “The Guardian” bildirib.“Biz onun nəşini səkkiz ay öncə daha təhlükəsiz yerə köçürmüşük. Biz qorxurduq ki, onun başına nə isə gələr. Bizim qorxularımız əsassız qalmadı”, - nəşr nəslin liderinin sözlərini sitat gətirib.Onun sözlərinə görə, şiə yaraqlıları Hüseynin dəfn edildiyi mavzoleyi yandırıblar.Eyni zamanda lider, onun adamlarının mavzoleydən Hüseynin oğlanlarının nəşlərini çıxara bilmədikləri üçün təəssüflənib.Qeyd edək ki, Səddam Hüseyn 2006-cı ildə dekabr ayının 30-da İraqda 1982-ci ildə 148 şiənin qətlində günahkar bilinərək edam edilib.ANN.Az