İraqın sabiq lideri Səddam Hüseynin İordaniyada sürgün həyatı yaşayan qızı Raqhad Hüseyn İŞİD-in qazandığı qələbələrdən məmnun olduğunu bildirib. Axar.az xəbər verir ki, bu barədə Raqhad Hüseyn "Al-Qüds" qəzetinə söyləyib.Səddam Hüseynin məmləkəti olan Tikritin İraq Şam İslam Dövləti tərəfindən ələ keçirilməsindən xoşbəxt olduğunu deyərək, bu zəfələri gördüyü üçün məmnun qaldığınl qeyd edib.Səddam Hüseynin böyük qızı Raqhad İraqın işğalı ilə bağlı bunları deyib: "İndi içim rahatdır. Bir gün İraqa geri dönüb atamın məzarını ziyarət edəcəyəm. Bəlkə bu dərhal olmayacaq, amma olacaq". İraq Baş naziri Nuru əl Maliki 2006-ci ildə vəzifəyə gəldiyində ilk işi olaraq Raqhad Hüseyn və İzzət əl Durinin axtarışlar siyahısında olduğunu bildirmişdi. İordaniya Kral Ailəsi Səddam Hüseynin devrilməsindən sonra ailə üzvlərinə sığınma haqqı tanımışdı.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !