Rusiya mövcud beynəlxalq vəziyyətdə Azərbaycanı dəstəkləyir.
Virtualaz.org bildirir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Respublika Veteranlar Təşkilatında keçirilmiş tədbirdə deyib.
Səfir bildirib ki, Rusiya Azərbaycanladır və Azərbaycanı müdafiə edir: "İstəyirik ki, Azərbaycan güclü, sabit ölkə olsun".
Diplomat qeyd edib ki, Rusiya Azərbaycanın güclü olmasını yüksək qiymətləndirir: "Azərbaycan öz yolu ilə gedir. Rusiya cənub qonşusunun etibarlı qalmasında maraqlıdır".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !