Bu ilin sonuna kimi Türkiyənin bir neçə nazirinin Azərbaycana səfəri nəzərdə tutulub.
Orkhan Azim — Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral.
Bu ilin sonuna kimi Türkiyənin bir neçə nazirinin Azərbaycana səfəri nəzərdə tutulub.
"Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral məlumat verib.
Onun sözlərinə görə, Türkiyənin ətraf mühit və şəhərsalma, ailə və sosial siyasət nazirlərinin də Bakıya gəlişi gözlənilir: "Ancaq səfərlərin dəqiq tarixi barədə hələlik məlumat yoxdur".
E.Özoral bildirib ki, yaxın günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri baş tutacaq: "Dəqiq tarix məlum olmasa da, səfərin yaxın zamanlarda reallaşacağı planlaşdırılır".
Səfir həmçinin deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi artıq başa çatıb və yaxın günlərdə rəsmi açılışı olacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !