Şəhid anasının vəziyyəti ilə bağlı - Rəsmi açıqlama

19:54 | 26.10.2021
Şəhid anasının vəziyyəti ilə bağlı - Rəsmi açıqlama

Şəhid anasının vəziyyəti ilə bağlı - Rəsmi açıqlama

Vətən Müharibəsi şəhidi Sahib Həsənovun anası Vüsalə Məmmədova intihara cəhd etməsi ilə bağlı məlumat yayılıb.

Anews.az xəbər verir ki, V.Məmmədovanın sosial problemləri ilə bağlı bu gün Gəncə Şəhər İcra Hakimiyyətinin binası qarşısında çoxsaylı dərman həbləri içdiyi iddia olunub.

Gəncə şəhər 3 saylı xəstəxanasına yerləşdirilən V.Məmmədovanın vəziyyətinin normal olduğu bildirilir.

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən də saytımıza açıqlama verilib.

"Vətən Müharibəsi şəhidi Həsənov Sahib Azər oğlunun anası Məmmədova Vüsalə Gülbala qızı dəfələrlə Gəncə Şəhər İcra Hakimiyyətində qəbul edilib, onu narahat edən məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülüb.

Belə ki, Vüsalə Məmmədovanın yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınması məsələsinə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatı nəzdində Mənzil məsələləri üzrə İctimai komissiyada baxılmış və Gəncə Şəhər İcra Hakimiyyəti başçısnın müvafiq Sərəncamı ilə şəhid ailəsi kimi mənzil uçotuna alınıb.

V.Məmmədovaya Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən mənzil kiyarəsinin ödənilməsi üçün maddi yardım göstərilib, ərzaq yardımı edilib, məişət avadanlıqları ilə bağlı YAŞAT Fondu tərəfindən müvafiq qaydada yardım edilib. Bununla yanaşı şəhid Həsənov Sahib Azər oğlunun il mərasiminin təşkili ilə bağlı ailəyə maddi köməklik göstərilib”.

Qeyd olunub ki, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə hesablarında vətəndaş Vüsalə Məmmədovanın intihara cəhd etməsi ilə bağlı məlumatlar yayılıb:

"Bildirik ki, bunların heç biri həqiqəti əks etdirmir. V.Məmmədova növbəti qəbulla bağlı Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatına gələrkən səhhəti pisləşib, dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib”.
Xatırladaq ki, S.Həsənov 2019-cu ildən müddətdən artıq hərbi xidmət qulluqçusu (MAXE) kimi xidmət edib. Şəhid olduqdan sonra "Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə”və "Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM