Şəhid hərbçilər dəfn olunur - CANLI - YENİLƏNDİ

Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqonunda ötən gün qəzaya uğraması nəticəsində həlak olanlar dəfn olunublar.
Mİ-17 markalı helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər hərbi qulluqçu həlak olub, 2 nəfər yaralanıb.
www.anews.az
Anews.az xəbər verir ki, onların cənazələri II Şəhidlər xiyabanında torpağa tapşırılıb.
--------------
Noyabrın 30-da Xızı rayonu ərazisində "Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdə həlak olan hərbçilər dəfn olunur.
Anews.az xəbər verir ki, qəza nəticəsində həlak olan hərbçilərin cənazələri II Şəhidlər xiyabanına gətirilib.
Noyabrın 30-da Xızı rayonu ərazisində "Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdə şəhid olan hərbçi qulluqçularla "Sərhədçi” İdman Kompleksində vida mərasimi keçirilib.
www.anews.az
Son xəbərlər
Daha çox 