(Yazıya Lənkəran-Astara Regional Təhsil İdarəsinin açıqlaması əlavə olunub)
Cəlilabadda şəhid Elnur Hüseynovun adını daşıyan 1 saylı tam orta məktəb neçə illərdir ki, yararsız vəziyyətdədir. Bu barədə həmin məktəbdə iki övladı təhsil alan valideyn Kamran Kamiloğlu anews.az-a şikayətində bildirib.
Valideynin sözlərinə görə, məktəb 20 ildir o vəziyyətdədir.
"Bir neçə dəfə məktəb direktoruna müraciət etdim. Məktəb direktoru da rayon təhsil idarəsinə deyib. Sonradan Təhsil Nazirliyindən gəlib baxdılar. Məsələni həll edəcəklərini desələr də, görünən hal ortadadır. Üzərindən beş il il keçib, tədbir görən yoxdur. Mənim 2 övladım yararsız təhsil ocağında təhsil alır. Məktəb hər an uça bilər. Uşaqlarımı təhsilləri üçün müvəqqəti Bakıya gətirdim. Ancaq uşaqlar öz məktəblərində oxumaq istəyirlər. Qorxu ilə gedib gəlirlər. Məktəbdə təxminən 500-ə yaxın uşaq təhsil alır.",- valideyn bildirib.
Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib ki, sorğuya ən qısa zamanda cavab veriləcək.
***
Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəb binası əsaslı təmir, bərpa-gücləndirmə statusundadır və növbəti illərdə təmiri nəzərdə tutulub.
"Təhsil müəssisəsinin binasına baxış keçirilib və mövcud vəziyyət dəyərləndirilib. Bununla bağlı aidiyyəti üzrə müvafiq qurumlar məlumatlandırılıb. Sözügedən məktəb binası əsaslı təmir, bərpa-gücləndirmə statusundadır və növbəti illərdə təmiri nəzərdə tutulub", - məlumatda deyilib.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !